Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Omikron"un ən erkən simptomları açıqlandı

ABŞ, Böyük Britaniya və Cənubi Afrikadan olan bir qrup həkim koronavirusun "omikron" ştamının ən erkən simptomlarını aşkarlayıb.

Araşdırmanın nəticələri "Express" nəşrində dərc edilib.

Mütəxəssislər bildiriblər ki, yoluxmuş şəxslə təmasdan iki gün sonra boğaz ağrısı, bel ağrısı, yorğunluq, asqırma, gecə tərləməsi və bədən ağrıları yarana bilər. İlk xoşagəlməz hallar arasında həkimlər baş ağrısını da qeyd ediblər.

Tədqiqatçıların fikrincə, bəzən koronavirusun əlamətləri özünü daha gec büruzə verir. Həkimlər orqanizmdə sadalanan dəyişikliklər aşkar edildikdə, on gün ərzində özünü təcrid etməyi və testdən keçməyi tövsiyə edib.