Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Omikron”un ən çox qeydə alınan simptomları

“Yeni ştamm əsasən yuxarı tənəffüs yollarına - burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır”.

Bu barədə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva məlumat verib.

A.Əliyeva koronavirusun “Omikron” ştammının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzədiyini qeyd edib:

“Belə ki, “Omikron”un ən çox qeydə alınan simptomları - baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştamma yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər”.