“Omikron”la bağlı yenidən əhaliyə müraciət edilib
31 Yanvar 2022
Səhiyyə Nazirliyi “Omikron”la bağlı yenidən əhaliyə müraciət edib.
Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirus infeksiyasına qarşı ən yüksək müdafiənin peyvənddən sonra yaranan anticisimlərin verdiyini bildirib.
O qeyd edib ki, “Omikron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər: "Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "Omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda yeni ştama görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omikron”la təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur".
Nazirlik rəsmisi deyib ki, yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir: "Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır".