“Omikron” ştammının yayılması ilə əlaqədar Britaniya “B planı”na keçdi
10 Dekabr 2021
Koronavirus infeksiyasının “Omikron” ştammının yayılması ilə əlaqədar Britaniya “B planı”na keçib. Belə ki, dekabrın 10-dan artıq əksər ictimai yerlərdə qoruyucu maskaların taxılması tətbiq edilir.
Bu barədə hökumətin saytında məlumat verilib.
“(Maskanın) taxılmasının qeyri-münasib olduğu hallarda, məsələn, yemək, içmək və ya məşq edərkən istisnalar olacaq. Eyni səbəbdən qonaqpərvərlik müəssisələrində üz maskaları tələb olunmur”, - Britaniya hökumətinin açıqlamasında deyilir.
O da qeyd olunur ki, dekabrın 13-dən distant iş formatına keçidlə bağlı tövsiyə qüvvəyə minəcək. Bundan əlavə, dekabrın 15-dən etibarən gecə klubları və yüksək trafikli məkanlar üçün “Covid Pass” mütləq olacaq.(oxu.az)