Logo
news content
User
Kateqoriyalar

Xəbər

Omikron hələ son deyil, amma sona çox yaxındır

“Koronavirusun omikron ştamı Avropada pandemiyaya son qoya bilər”.

Bunu ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe açıqlamasında bildirib. Onun sözlərinə görə, çox güman ki, Avropada pandemiyanın sonu yaxınlaşır.

Eyni zamanda, ÜST eksperti Mariya van Kerxove koronavirusun gələcək ştamlarının omikrondan daha yoluxucu ola biləcəyini bildirib.

Ekspert əlavə edib ki, bu virus nə qədər çox yayılsa, bir o qədər çox dəyişikliklər baş verəcək: “Omikron müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması daha çox real görünür. Koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar”.

ÜST təmsilçisi bildirib ki, yeni ştamlar daha çox və ya daha az şiddətli xəstəliyə səbəb ola bilər, eyni zamanda toxunulmazlıqdan çıxa bilər: “Omikron hələ də təhlükəlidir və zəif hesab edilməməlidir”.