Logo
news content
User
Kateqoriyalar

Xəbər

Olimpiadadakı qələbəsini Yusuf Dikeçin pozu ilə qeyd etdi - FOTOLAR

Paris-2024 Yay-Olimpiya Oyunlarında isveçli atlet Arman Düplantis maraqlı hərəkəti ilə diqqət çəkib. 

O, şüvüllə hündürlüyə tullanmaqda 6,25 metr yüksəkliklə rekord qırıb və ikinci dəfə Olimpiya çempionu olub. Düplantis qələbəsini Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeçin pozu ilə qeyd edib.

Skandinaviyalı atlet bu hərəkəti ilə atıcıya dəstək nümayiş etdirib.