Logo
news content
User
Kateqoriyalar

Xəbər

O yolla Ermənistandan Qarabağa qanunsuz silah daşınırdı...

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyi bir neçə hakim yüksəkliyin ordumuzun nəzarətinə keçdiyini açıqlayıb.

Məlumatda qeyd olunur ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Hərbi ekspert Ədalət Verdiyev feysbuk hesabında bu yolun istifadəyə verilməsi ilə ordumuzun Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürdüyünü açıqlayıb: “Ermənistandan Qarabağa qanunsuz silah, sursat, heyət və minaların daşınmasını məhdudlaşdırmaq məqsədilə qəhrəman ordumuz Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi tam nəzarətə götürdü.

Yaxında Nəzarət Buraxılış Məntəqəsinin yerləşdirilməsini gözləyirəm”.