Nyu-York hava limanında təyyarə qəzası - İki pilot ölüb
23 Mart 2026
"Air Canada Express" təyyarəsinin pilotları La-Quardiya hava limanında nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində həlak olublar.
Bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
"Nyu-Yorkdakı La Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub", - məlumatda bildirilib.
Mənbələrdən bildirilir ki, hazırda Nyu-York məhkəmə-tibb eksperti onların ölüm səbəblərini araşdırır.
11:08
Nyu-Yorkdakı La-Quardiya hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
Təyyarə yanğınsöndürən maşınla toqquşub. Bildirilib ki, pilot və ikinci pilot ciddi xəsarətlər alıb, avtomobili idarə edən polis serjantı və bir zabitin vəziyyəti stabildir.
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsindən bildirilib ki, hava limanı müvəqqəti bağlanıb.
Hava limanının məlumatına əsasən, gələn reyslər digər hava limanlarına yönləndirilir və ya yoladüşmə məntəqələrinə qaytarılır.
09:21
Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" aviaşirkətinin təyyarəsi Nyu-Yorkun (ABŞ) La-Quardiya hava limanına eniş edərkən nəqliyyat vasitəsi ilə toqquşub.
Bu barədə "FlightRadar24"ə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) hava limanında bütün uçuşların və enişlərin Qrinviç vaxtı ilə saat 05:30-dək (Bakı vaxtı ilə 09:30-dək) dayandırılması mənsına gələn "ground stop" rejimi tətbiq edib.
Qeyd edilib ki, hava limanı Qrinviç vaxtı ilə 18:00-a (Bakı vaxtı ilə 22:00-a) qədər bağlı qala bilər.
Agentlik, həmçinin bildirib ki, sosial şəbəkələrdəki videolarda təyyarənin burun hissəsinin zədələndiyi görünür.
"Air Canada" aviaşirkəti, FAA və Nyu-Yorkun yanğınsöndürmə xidməti hələlik sorğulara cavab verməyib.