Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nuland: "ABŞ böyük ehtimalla Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıyacaq"

“Rusiyanın Ukraynadakı hərəkətlərinin soyqırım kimi rəsmən tanınması çox vaxt aparacaq, lakin böyük ehtimalla belə bir qərar veriləcək”. Bu sözləri CNN telekanalına müsahibəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

Onun sözlərinə görə, prezident Bayden Rusiyanın hərəkətlərini soyqırım adlandıranda “səmimi danışıb”.

Nuland “sübutların toplanması prosesinin uzun çəkəcəyini” və yalnız bundan sonra hökumətin soyqırımla bağlı rəsmi qərar verə biləcəyini söyləyib.

“Ancaq mən güman edirəm ki, prezident Baydenin dediyi söz, bütün sübutları toplayandan sonra açıq elan edə biləcəyimiz nəticədir. Axı orada baş verənlər təsadüfi deyil. Bu, Rusiyanın Ukraynanı və onun mülki əhalisini məhv etmək üçün düşünülmüş qərarıdır”, - “Evropeiskaya Pravda” onun sözlərindən sitat gətirib.