Nevzorova Rusiyada 8 il həbs cəzası verdilər
01 Fevral 2023
Moskvanın Basmannı məhkəməsi jurnalist Aleksandr Nevzorovu (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) Rusiya ordusu haqqında dezinformasiya yaymaqda təqsirli bilərək, qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
Pressklub.az xəbər verir ki, Hakim Yevgeniya Nikolaeva hökmün qiyabi çıxarıldığını elan edib. Nevzorov həbs olunsa, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməlidir, Bundan başqa, jurnalistə cəzasını çəkdikdən sonra 4 il ərzində internet resurslarını idarə etmək qadağan edilib.
Nevzorovun özü prosesdə iştirak etməyib. Vəkil Nadejda Fedoseyeva bildirib ki, müdafiə tərəfi Nevzorovun hökmündən qiyabi apellyasiya şikayəti verəcək: "Nevzorov işində cinayət tərkibi olmadığı üçün hökmdən apellyasiya şikayəti verəcəyik".
“Nevzorov istedadlı jurnalist, tarixçidir, KİV haqqında qanuna uyğun fəaliyyət göstərib, qanundan kənara çıxmayıb”, - vəkil əlavə edib.
Tərəflərin müzakirəsi zamanı prokuror Nevzorovun qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi bəraət hökmünün çıxarılmasında israr edib. Jurnalistin ittiham edildiyi maddə 5 milyon rubla qədər cərimədən 10 ilə qədər həbs cəzası nəzərdə tutur. Jurnalist rus hərbçiləri tərəfindən ukraynalı qadınlara qarşı zorakılıqlar barədə yalan məlumat yaymaqda, həmçinin Mariupoldan olan mülki şəxslərin adlarından “canlı qalxan” kimi istifadə etməkdə ittiham olunub.
İstintaqın məlumatına görə, Nevzorov martın 9-da "İnstaqram"da və martın 19-da “YouTube” kanalında Rusiya Silahlı Qüvvələrinin Mariupolda doğum evini qəsdən atəşə tutması barədə qəsdən yalan məlumat yayıb. Guya ki, məlumatlar atəşdən zərər çəkmiş mülki şəxslərin qeyri-dəqiq fotoşəkilləri ilə müşayiət olunub. Bu görüntülərin yayılma mənbələri Ukrayna mediasıdır. Rusiya Müdafiə Nazirliyi bu məlumatın yalan olduğunu rəsmən elan edib və Daxili İşlər Nazirliyi isə Nevzorovu axtarışa verib.
Həyat yoldaşının sözlərinə görə, o, İsrailə gedib. Məhkəmədə elan olunub ki, jurnalistin İtaliyada yaşamaq icazəsi var.