Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nevzorov: "Putin ciddi qorxu içərisindədir..."

"Rusiya hakimiyyətinin istədiyi, nəyin bahasına olursa-olsun, işğal və qələbədir..."

"Donbasda bir milyon meyit yerdə qalsa belə, Putin müharibəni dayandıra bilməyəcək..."

"Onlar cinayətkarları müharibənin hərəkətverici qüvvəsinə çevirərək, bayraqlarını təhqir ediblər..."

"Putin müharibə ilə qidalanır, yanğısını yatırır, büsbütün müharibə libasına bürünüb..."

Rusiya cəmiyyətində artıq Rusiya prezidentinin qorxu əlamətləri sezilməkdədir.

Bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində Ukrayna vətəndaşlığını alan rusiyalı publisist və jurnalist Aleksandr Nevzorov bəyan edib.

"Biz Putinin ciddi qorxusunun dolayı əlamətlərini görürük. Və bu dolayı əlamətlər... Bilirsən, astrofizikada olduğu kimi, bəzən kosmik cismin mövcudluğunu biz onu müxtəlif teleskoplarda gördüyümüzə görə deyil, bu kosmik cismin başqa planetlərin orbitlərinə necə təsir göstərməsinə görə müəyyən edirik. Və bu, kifayət qədər dəqiq müşahidələrdir", - Nevzorov deyib.

O, qeyd edib ki, Rusiya Ukraynaya döyüşmək üçün "yalnız Rusiya Qvardiyasının miskin qalıqlarını və polisin çox miskin hissələrini" göndərir.

"Nədən "miskin"? Bunlar ən böyük dəyər kimi bütün həyatı boyu cinayətlər üzrə ixtisaslaşıb. Bax, onları oraya atıblar", - o, deyib.

Eyni zamanda, "dəyənəklə döyəcləməyə öyrədilən" güc strukturları "öz zamanını gözləməyə" düçar edilib.

Nevzorov deyib ki, Putin heç vaxt Ukraynaya hərbi müdaxiləninin yanlış olduğunu etiraf etməyəcək. Rusiya hakimiyyətinin istədiyi, nəyin bahasına olursa-olsun, işğal və qələbədir.

"Çünki Rusiyanın möhtəşəm və labüd dağılması həm də qonşularına toxunacaq. Bu da adi, gözəl, birgünlük, yüngül qələbə olmayacaq. Əlbəttə, olmayacaq. Üstəgəl, onlar müharibə alovuna hər şeyi atmağa hazırdır.

Biz görürük ki, onlar ən başlıcası imperiya Rusiyası, öz bayraqlarının, rus zabitinin poqonlarının müqəddəsliyini qurban verib. Onlar cinayətkarları müharibənin hərəkətverici qüvvəsinə çevirərək, heç şübhəsiz, bayraqlarını təhqir ediblər", - Nevzorov deyib.

O, qeyd edib ki, hətta əgər "dəhşətli yuxularda, hansısa ağlasığmaz möcüzə nəticəsində" Rusiya qalib gələ bilsə, bu qələbənin bədəli Rusiya üçün onun dəyərindən "min və ya milyon dəfə yüksək olacaq". Lakin buna baxmayaraq, Putin müharibəni dayandırmayacaq, publisist əlavə edib.

"O, heç vaxt bunun yanlış olduğunu, cinayət olduğunu, özünü batırdığını etiraf etməyəcək. Bunu etiraf etmək üçün əsl cəsurluq gərəkdir. Ona isə heç yalançı cəsarət də yoxdur. İndi o, əsir-yesir olacaq...

Hazırd Priqojin və generallar irəliyə çəkilib, ölümcül xəstə olan Putin gah Priqojinə, gah da generallara üz tutacaq. Həmin o Gerasimovun kütlüyü, impotentliyi və köhnəliyinə əmin olandan sonra yenidən Priqojinə tərəf atılacaq. Onun üçün kim olmasının fərqi yoxdur. Bax, beləcə, məhbuslarla generalların arasında əsir-yesir olacaq, favoritliyi əldən-ələ ötürəcək", - o, əlavə edib.

Onun sözlərinə görə, hətta "Donbasda bir milyon meyit yerdə qalsa belə", Putin müharibəni dayandıra bilməyəcək.

"Yadındadırmı, fevraldan öncə onun maraqlı, əyləncəli kostyumu olub? Orta boylu, çox mürəkkəb, hiyləgər, rəzil adam təsiri bağışlayıb, amma belə hiyləgər adamla sanki razılaşmaq mümkün olub. Bu kostyumda o, beynəlxalq münasibətlər səhnəsində gəzib.

Amms fevralda o, bu kostyumu yandıraraq müharibə paltarını geyinib. O, bu müharibəyə bürünüb. Əgər bu müharibə paltarını çıxararsa, o, bütün dünya qarşısında solğun, lüt, ölüvay görsənəcək...Onun malik olduğu yeganə nəsnə budur. O, müharibə ilə qidalanır, müharibə ilə yanğısını yatırır, müharibə libasına bürünüb", - Nevzorov deyib.