Neft bazarında şok ssenari: Qiymət 200 dollara çata bilər
19 Mart 2026
İranın enerji infrastrukturuna genişmiqyaslı hücumlar davam edərsə, "Brent" markalı neftin qiyməti 200 dollara qədər arta bilər.
Bunu ABŞ-nin "Citigroup" bankının analitikləri bildiriblər.
Onların fikrincə, qiymət artımına İranın enerji obyektlərinə yeni zərbələr və ya Hörmüz boğazının bağlanması səbəb ola bilər.
Ekspertlər hesab edirlər ki, optimist ssenariyə görə (30% ehtimalla), "Brent" nefti 150 dollara qədər bahalaşa bilər. Daha genişmiqyaslı hücumlar və ya boğazın iyun ayınadək bağlanması halında isə qiymət 200 dollara çata bilər.
Mövcud münaqişə fonunda yaxın günlərdə neftin 110-120 dollar aralığına yüksələcəyi gözlənilir.
Qeyd olunur ki, İranın enerji obyektlərinə ABŞ və İsrail tərəfindən zərbələr endirilməsi xəbərlərindən sonra "Brent" neftinin qiyməti sürətlə artaraq 107,9 dollara çatıb.