Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nəfəs alanda da icazə al! Rusiyada dinc etiraz hüququ daha da məhdudlaşdırıla bilər

Rusiyada bir qrup deputat vətəndaşların dinc nümayiş və etiraz hüquqlarını daha da məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

Kütləvi toplantılara əlavələri nəzərdə tutan layihə Dövlət Dumasında iyunun 9-da qeydiyyata alınıb. Layihədə rəsmi binalar və vacib infrastruktur, universitetlər, xəstəxanalar, dini və ziyarət məkanları yaxınlığında yürüşlər qadağan olunur. “Qadağa regionun tarixi, mədəni və digər obyektiv atributları ilə əsaslandırıldığı halda” da yürüşlərə icazə verilməyəcək.

“Xarici agent” adlandırılan qruplar, yaxud fərdlərin etiraz aksiyaları təşkil etməsi isə tamamilə qadağan edilir.

Koronavirus pandemiyası dövründə Rusiyada COVID-19 məhdudiyyətləri əsas gətirilərək etiraz aksiyalarına icazə verilməyib. Müxalif siyasətçi Aleksey Navalnının həbsinə etiraz aksiyalarının təşkilatçıları və iştirakçıları sanitar qaydaları pozmaqda ittiham olunub. Onların çoxuna şərti cəza, yaxud həbs kəsilib.

Bu qanun layihəsi hazırlananadək Moskvada və digər şəhərlərdə Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalına qarşı etirazlar keçirilib.