Logo
news content
User
Kateqoriyalar

Xəbər

Navalnı dəfn olunub

Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.

"Bild" xəbər verir ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Onunla vida mərasiminə on minlərlə insan qatılıb. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı!, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq”, "Putin qatil", "Müharibəyə yox" şüarlarını səsləndiriblər.

Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri qatılıblar.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

https://www.youtube.com/watch?v=gFLB6DvnIOs&t=6s