Logo
news content
User
Kateqoriyalar

Xəbər

Namizəd var - Paşinyan seçimini dəyişdi

Ermənistanın hakim Vətəndaş Sazişi partiyasının respublika prezidentliyinə yeni namizədi bəlli olub.

Ermənistan mətbuatının məlumatına görə, bu, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyandır.

Qeyd edək ki, daha əvvəl partiya prezidentliyə baş nazir aparatının rəhbəri, keçmiş “super nazir” Araik Arutyunyanın namizədliyini irəli sürüb. Lakin bu qərar ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.

Ermənistanda prezidenti parlament seçir. Seçkilər fevralın ortalarında baş tuta bilər.