Naməlum şəraitdə həlak olan hərbiçilərin valideynləri etiraz aksiyası keçirib - VİDEO
19 May 2022
Mayın 19-da müxtəlif vaxtlarda naməlum şəraitdə həlak olduqları bildirilən bir neçə hərbçinin valideynləri Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar vəfat etmiş övladlarına status verilməsini tələb edirlər.
Valideynlərinin sözlərinə görə, illərdir onlara bununla bağlı söz verilsə də, məsələ həll edilmir. "Prezident Administrasiyasında da qəbulda olmuşuq, deputatların da. Söz verirlər, amma ortada bir nəticə yoxdur. Ad qoyublar ki, övladlarımız hərbi hissədə naməlum şəraitdə həlak olub, şəhidlik statusunu da vermirlər", -onlardan biri vurğulayıb.
Bu zaman prosesi işıqlandıran reportyorlar Fatimə Mövlamlını və Sevinc Sadıqovanı hüquq-mühafizə əməkdaşları saxlasalar da, sonra sərbəst buraxılıblar.
Aksiya iştirakçıları qəbula aparılıb.
Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və başqa rəsmi qurumlarla danışmaq mümkün olmayıb.
https://www.youtube.com/watch?v=VvbiKva1DfU