Müxalifətə qarşı ov mövsümü: Vladimir Kara-Murza saxlanılıb
12 Aprel 2022
Rusiyanın tanınmış müxalifətçisi Vladimir Kara-Murza Moskva polisi tərəfindən evinin yaxınlığında saxlanıb.
Kara-Murza təhlükəsizlik əməkdaşının qanuni tələblərin əməl etməməkdə ittiham olunur, vəkili Vadim Proxorov aprelin 11-də bəyanatında belə deyib. Digər fəal İlya Yaşin Kara-Murzanın Moskvada evinin yanında saxlandığını Twitter-də yazıb.
İnsident barədə bundan əlavə məlumat yoxdur, Kara-Murza zənglərə, mesajlara cavab verməyib.
Qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun yaxın dostu olan Kara-Murza Moskvada iki dəfə ölümcül xəstələnib, 2015 və 2017-ci illərdə onda zəhərlənmə simptomları aşkarlanıb.
Qohumlarının Rusiyadan çıxardığı toxuma nümunələri Federal Təhqiqatlar Bürosuna (FBI) təqdim olunub və “qəsdən zəhərlənmə” müəyyənləşdirilib.
ABŞ hökumət laboratoriyaları nümunələr üzərində böyük sınaqlar aparsalar da, Ədliyyə Departamentinin yaydığı sənədlərdə onların qəti nəticəyə gələ bilmədiyi görünür.
Bu həbs Rusiyada müxalifətçilər və narazılara qarşı təzyiqlərin artması fonunda baş verir. Ukraynaya qarşı fevralın 24-də başladılmış müharibəylə bağlı hakimiyyətdən fərqli fikirdə olanlar təzyiqlə üzləşirlər.
Son illər ABŞ konqresmenləri Kara-Murzaya böyük dəstək sərgiləyib, onun işini qabardıblar.
“Birləşmiş Ştatlar bu gün Moskvada tanınmış vətəndaş cəmiyyəti lideri Vladimir Kara-Murzanın saxlanmasından narahatdır. Bu vəziyyəti yaxından izləyirik, onun dərhal azadlığa buraxılmasına çağırırıq”, – Dövlət katibi Antoni Blinken Twitter-də yazıb.
Bellingcat tədqiqat saytı Kara-Murzanı izləyən Rusiya təhlükəsizlik agentlərinin digər müxalifətçi Aleksey Navalnının zəhərlənməsində əli olduğunu üzə çıxarıb.

İki dəfə zəhərlənib

Qərbin dəstəyi