Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müslümova hökm: Keçmiş nazir şərti cəza ilə canını qurtardı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda, mənimsəmə və israfçılıqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində hökm oxunub.

Prokurorluq məhkəmədən onun 5 il sınaq müddəti olmaqla, 13 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Məhkəmə keçmiş naziri əmlakı müsadirə edilməklə, 5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. O, 20 mln. manata yaxın vəsaiti mənimsəməkdə və israf etməkdə ittiham olunurdu. Sonradan o, səhhəti ilə əlaqədar ev dustaqlığına keçirilib.

Müslümov 2013-2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutub.