Müharibədə həlak olan ukraynalı uşaqların sayı 200-ə çatdı
16 Aprel 2022
Fevralın 24-dən bəri Rusiyanın Ukraynaya silahlı hücumu nəticəsində 200 uşaq ölüb, 360-dan çoxu yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Paytaxtda - 16, Donetsk vilayətində - 117, Kiyev vilayətində - 105, Xarkovda - 88, Çerniqovda - 54, Xersonda - 41, Nikolayevdə - 40, Luqanskda - 36, Zaporojyedə - 23, Sumidə - 16, Jitomirdə - 15 uşaq müharibənin iztirablarını yaşayıb.
Rusiya hərbçilərinin ötən gün Xarkov şəhərinin rayonlarından birini atəşə tutması nəticəsində 5 uşaq yaralanıb, onlardan (biri 7 aylıq körpə) ikisi ölüb.
Həmçinin, Ukraynanın bombardman edilən ərazilərində 1018 təhsil müəssisəsi zərər görüb, onlardan 95-i tamamilə məhv edilib.