"Müharibə Ukraynanın özünə məxsus olanı qaytarmasından sonra bitəcək" - Zelenski
11 May 2022
Prezident Vladimir Zelenski bəyan edib ki, Rusiyanın başladığı müharibə Ukraynanın bütün ərazilərini və insanlarını geri qaytarandan sonra bitəcək.
Zelenski bunu Fransanın aparıcı universitetlərinin tələbələri ilə onlayn söhbət zamanı bildirib.
Prezident deyib: "Müharibə Ukrayna xalqı üçün yalnız o zaman bitəcək ki, bizə məxsus olanı qaytaraq. Bu doğrudur. Açıq deyirəm: başqa şey lazım deyil... Biz dövlətimizə, torpağımıza sülhü qaytarmaq istəyirik.
Rusiya ardıcı olaraq bütün hüquqlarımızı zəbt, işğal edib: torpaq haqqımızı, seçki hüququmuzu, seçmək hüququmuzu, nəhayət yaşamaq haqqına gəlib çıxmışıq”.
Zelenski fransız gənclərinə izah edib ki, Ukrayna bu gün ən yaxşı insanlarının həyatı bahasına yaşamaq haqqı uğrunda mübarizə aparır.
O izah edib ki, danışıqlar yalnız o mövqedən aparıla bilər ki, Rusiya öz qərarlarının yanlışlığını və fəlakətli xarakterini anlasın və Ukraynada törətdiyi cinayətlərin cəzasını çəkməyə hazır olsun.
Prezident vurğulayıb ki, Ukrayna şəhər və kəndlərinin azad edilməsindən sonra rusiyalıların törətdiyi kütləvi qırğın və işgəncə faktları ortaya çıxdıqca danışıq aparmaq istəyi getdikcə azalır.
“Bütün hallarda, danışıqlar ultimatum deyil, dialoq çərçivəsində aparılmalıdır”, - deyə Zelenski bildirib.