Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə təhlükəsi ABŞ sahillərinə yaxınlaşır?

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kuba və Venesuelada Rusiya raketlərinin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıraraq, bu ölkələrin suverenliyi haqqında unutmamağa çağırıb.

"Biz hələ də suveren dövlətlərdən danışırıq, bunu unutmayaq", - Kremlin sözçüsü bazar ertəsi jurnalistlərə deyib.



Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RTVI telekanalına müsahibəsində Rusiya raketlərinin Kuba və Venesuelada yerləşdirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, bunu nə təsdiq, nə də təkzib edib.