Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə İnstitutu: Kreml Priqojini satqın kimi gözdən salmaq istəyir

Kreml tədricən “Vaqner” muzdlu hərbi təşkilatını gözdən salmağa çalışacaq.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Ukrayna kəşfiyyatı ilə əlaqələrinə dair iddialar Kremlin diqqətindədir:

“Kreml çox güman ki, Priqojini satqın kimi gözdən salmaq üçün mexanizmlər hazırlayır. Amma Kreml asanlıq Priqojini “Vaqner”in faktiki rəhbəri vəzifəsindən uzaqlaşdıra və onu başqası ilə əvəz edə bilməz. Çünki “Vaqner” müstəqil şirkətdir. O, Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmur”.

Qeyd edək ki, daha əvvəl Priqojin Rusiya Müdafiə Nazirliyini sərt tənqid etmişdi. O bildirmişdi ki, lazımi qədər silah-surat təmin edilməsə, “Vaqner” Ukraynanın işğal altındakı Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.