Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə başlayıb: İsrail “hazırlıq” vəziyyəti elan edib

İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib.

Ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.

Xatırladaq ki, bu gün, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Qəzza zolağından atılan raketlər nəticəsində artıq ölüm hadisəsi baş verib: mərmi 70 yaşlı qadının evinə düşüb. Hadisə şahidləri sosial şəbəkələrdə onlarla raket atıldığını, bəzilərinin qəlpələrdən yaralandığını, küçələrdə yanğınların baş verdiyini bildirirlər. Baş nazir Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.