Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, general-mayor Kənan Əlihüseyn oğlu Seyidov və general-mayor Ağamir Əzizxan oğlu Sultanova general-leytenant, polkovnik Zaur Qəzənfər oğlu Yusifli, polkovnik Ümüdvar Əzizalı oğlu Quliyev, polkovnik Anar Tofiq oğlu Hüseynov və polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova general-mayor, 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova kontr-admiral ali hərbi rütbəsi verilib.