Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mübariz Qurbanlı: "Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir"

Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir. Bu barədə mayın 2-də "Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransdan sonra jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun fikrincə, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır.

"Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yerinə qaytarılacaq", deyə o qeyd edib.

Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Xudavəng monastırı, həmçinin Dadivəng və Xutavəng - Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır.