Müasir dövrün bəlası - İnternet xəstəlikləri
11 May 2022
Müasir dövrün ən böyük bəlası internet xəstəlikləridir. Hər yaşda rast gəlinən bu xəstəliyə xüsusilə işi kompüterdən asılı olanlar yoluxur.
Nevropatoloq Qalib Əsədov internet xəstəliklərinə daha çox göz yorğunluqları, bel ağrıları və müəyyən depressiyaların daxil olduğunu deyib.
Göz yorğunluğu
Kompüter ekranına çox baxanda gözlər yorular. Hətta gözlərinizdə yüngül ağrı belə hiss edə bilərsiniz. Gözünüzü uzun müddət ekrana tuşlamanız göz quruluğuna da səbəb olar. Buna görə tez-tez gözlərinizi istirahət verməlisiniz. Bir qədər kompüterdən uzaqlaşın.
"Xəstəlik vurğunu"
Bəzi insanlar hiss etdiyi hər ağrını araşdırmağa meyillidir. "Xəstəlik xəstəsi" deyilən bu kəslər üçün internet ciddi bir məlumat qaynağıdır və davamlı olaraq hiss etdikləri ağrıların qaynağını və səbəblərini axtarırlar. Bu vəziyyət də adamı psixoloji böhrana aparır. Ciddi xəstəliklərin əlamətlərini hiss etdikləri ağrılarla uyğunlaşdıran bu kəslər zaman içində "xəstəlik vurğunu" olarlar. Yəni hansısa bir ağır xəstəliyə tutulduqlarını güman edirlər.
Baş ağrısı
Bu ağrı göz və boyun üzərində yaranan təzyiqdən meydana gəlir. Ağrı müddəti 30 dəqiqədən bir həftəyə qədər uzana bilər. Gündəlik xroniki ağrılar: günün yarısından çoxunu baş ağrısı içində keçirirsinizsə, vəziyyət xroniki bir hal almış deməkdir.
Stress ağrısı
Bu ağrı da internetdən çox zaman sərf etməkdən qaynaqlanan stress səbəbindəndir. Oxunan informasiya, baxılan video və ya görüntü, yoran məlumatlar və uzun müddətli hərəkətsizlik stress ağrısına səbəb olur.
Kürək ağrısı
Davamlı sabit oturmaq kürək ağrısına yol aça bilər. Kürək əyilir, hərəkətsizlik başlayır və bu da ağrıya səbəb olur.
Feysbuk depressiyası
Feysbuk kimi ictimai ünsiyyət şəbəkəsində çox danışmaq xüsusilə gənc qızları böhrana sala bilər. Qızların problemlərini danışa biləcəkləri söhbət sistemləri və ictimai ünsiyyət vasitələri bir vaxtlar bu qədər inkişaf etməmişdi. Bunun sayəsində gənc qızlar artıq problemləri haqqında daha rahat danışa bilirlər. Ancaq davamlı problemlər və romantik düşüncələr haqqında saatlarla və təkrar-təkrar danışmaq narahatlıq və böhrana səbəb olur, insanı depressiyaya salır.