Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mövlud Çavuşoğlu: "Var olsun Azərbaycan!"

"Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər".

Pressklub.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.

“Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, - o əlavə edib.

Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib: "Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun Azərbaycan!"

Türkiyənin xarici işlər naziri Azərbaycan Fövqəladə Hallar Nazirliyinin həkimlərinə də minnətdarlığını bildirib.