Moskvanın baş ravvini Rusiyanı tərk etməyə məcbur oldu - FOTO
08 İyun 2022
Rusiya rəhbərliyi Moskvanın baş ravvini Pinxas Qoldşmidtə Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəkləməsi üçün təzyiq göstərib, lakin ravvin bundan imtina edib.
Bu barədə ravvinin gəlini, jurnalist Avital Çijik-Qoldşmidt xəbər verib.
“İndi nəhayət deyə bilərəm ki, qayınatam və qayınanam, Moskvanın baş ravvini Pinxas Qoldşmidt və rebe Dara Qoldşmidt Ukraynada “xüsusi əməliyyata” dəstək vermələrini tələb edən hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıblar, lakin onlar imtina etdilər”, - deyə Avital Çijik-Qoldşmidt yazıb.
Gəlininin sözlərinə görə, imtinadan sonra ravvin daha Rusiya ərazisində qala bilməyib; Moskva onun getməli olduğuna eyham vurub və o buna məcbur qalıb. Müharibənin başlamasından iki həftə sonra onlar Rusiyanı tərk edərək Macarıstana gediblər və burada qaçqınlara kömək etməyə başlayıblar. Daha sonra cütlük İsrailə yollanıb. Hazırda Qoldşmidt orada xəstə olan qoca atasına qulluq edir.
Avital Çijik-Qoldşmidtin sözlərinə görə, Rusiya hökuməti ravvinin imtinasını bağışlamayıb və Pinxas Qoldşmidtin yenidən Moskvanın baş ravvin vəzifəsinə seçilməsinə mane olmaq üçün rusiyalı yəhudi liderlərini işə cəlb edib. Mövcud vəziyyətdən xəbər tutan İsrailin baş ravvinləri təcili müdaxilə ediblər - onlar Rusiyanın yəhudi icmalarına məktub göndərərək, son 30 ildə bu vəzifədə olan Qoldşmidti dəstəkləməyə çağırıblar.
Seçki əvvəlki gün, iyunun 7-də keçirilib və Qoldşmidt yenidən seçilib. Onun sözlərinə görə, o, özünü mühacirətdə olan deyil, müvəqqəti olaraq öz icmasında yaşamayan ravvin hesab edir.
Qeyd edək ki, Qoldşmidt Rusiya Yəhudi Konqresinin yaradıcılarından biri olub və onun idarə heyətinin üzvüdür. O, bundan başqa, Avropa Yəhudi İcmalarının prezidentidir, həmçinin MDB və Baltikyanı ölkələrin Ali Ravvinlik Məhkəməsinin sədri vəzifəsini tutur.

Can finally share that my in-laws, Moscow Chief Rabbi @PinchasRabbi & Rebbetzin Dara Goldschmidt, have been put under pressure by authorities to publicly support the 'special operation' in Ukraine — and refused. pic.twitter.com/Gy7zgI3YkJ
— Avital Chizhik-Goldschmidt (@avitalrachel) June 7, 2022