Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvada dəhşətli terror: Emin Ağalarovun obyektinə silahlı basqın olub, onlarla ölü və yaralılar var
Ticarət mərkəzinin tavanı çöküb, yanğın başlayıb

Moskvada Azərbaycanın xalq artisti Emin Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində atışma olub. Bu barədə telegram kanalları məlumat yayıb.

Ticarət mərkəzinə daxil olan silahlı və maskalı şəxslər içəridə olanlara atəş açıb, Son məlumata görə, atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Hadisə ilə bağlı operativ qərargah yaradılıb. Mərkəzin yerləşdiyi Krasnoqorsk administrasiyasından verilən məlumata görə, bütün qüvvə və vasitələr hadisə yerinə yönəldirilib, zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Hadisə zamanı qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.
Konsert salonunun tavanı qismən çöküb.

Müxtəlif mənbələr hücumda 3 və ya 5 nəfər silahlı şəxsin iştirak etdiyini bildirirlər.
Rosqvardiyanın xüsusi təyinatlı qüvvələri hadisə yerinə cəlb olunub.

Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30-dan çox regional və 20 təcili tibbi yardım briqadası əraziyə göndərilib.

[video:23]