Moskva vilayətindəki diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub
10 İyul 2025
Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub.
Diaspor rəhbəri Şeremetyevo hava limanından “Aeroflot” hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb.
Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.