Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskva Ermənistanın xahişi ilə qərar qəbul edib

Ermənistan KTMT-nin Astanada keçiriləcək sammitində iştirak etməyəcək. (APA) Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, KTMT sammitində iştirak etməməsinə baxmayaraq, Ermənistan Astanada sənədlərin qəbulu ilə razılaşıb.

"Rusiya İrəvanın müstəqil kursuna hörmətlə yanaşır. Ermənistan KTMT-nin üzvü olaraq qalacaq və təşkilatın bütün tədbirlərinə qapılar onun üçün “açıq”dır", - deyə Uşakov bildirib.

O, Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinin Ermənistanın xahişi ilə dekabrın 25-də Sankt-Peterburqda keçiriləcəyini, sammitə isə Paşinyanın sədrlik edəcəyini qeyd edib.