Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mirzoyandan etiraf: "Ermənistanın Rusiya ilə fikir ayrılığı var"

“Bəzi məsələlər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmələrlə bağlı Rusiya ilə fikir ayrılıqlarımız var”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Aratat Mirzoyan xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunu böhran adlandırmaq şişirtmə olar: “İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur. Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətləri var, həmçinin çoxlu ikitərəfli və çoxtərəfli sazişlər mövcuddur”.

A.Mirzoyan həmçinin bildirib ki, Ermənistan rəsmiləri rusiyalı həmkarları ilə daim təmasdadırlar.

Xatırladaq ki, ötən ilin dekabrın 22-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilməli idi. Amma A.Mirzoyan son anda Moskvaya getməkdən imtina etmişdi.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bundan əvvəl ölkəsində KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimlərini keçirməkdən imtina etmişdi.