“Mirage” Kiyev səmasında ilğıma çevriləcəkmi?
03 Mart 2023
Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində kifayət qədər qorxaq mövqe tutan Fransa hazırda sərt mövqeyi ilə seçilir və Kiyevə əsas silah tədarükçülərindən birinə çevrilib.
Pressklub.az BMFTV-yə istinadla xəbər verir ki, Fransa hazırda Ukraynaya “Mirage 2000” qırıcılarının verilməsini nəzərdən keçirir. Bununla bağlı Polşada ukraynalı pilotların təliminə də başlanıla bilər.
Məlumata görə, bu məlumatı ölkənin müdafiə naziri Sebastyan Lekornyu da təsdiqləyib. O, Kiyevlə danışıqların getdiyini etiraf edib, lakin nə qırıcıların verilməsini, nə də uçuş heyətinə təlim keçiriləcəyini təsdiq edib.
Nazirin sözlərinə görə, 2022-ci ilin yayında istismardan çıxarılaraq anbarda saxlanılan 12 qırıcının Ukraynaya verilməsi məsələsi müzakirə edilir.
O qeyd edib ki, təyyarələrin verilməsi ilə bağlı çətinliklər maddi-texniki təchizat, təlim və onlara texniki qulluq imkanları ilə bağlıdır.