Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mikroplastiklər torpaqdan qidaya, qidadan mədəmizə necə yol tapır?


Mikroplastiklər planetimizin hər yerinə yayılıb. Onlara Antarktikanın dəniz buzlaqlarında, okeanların ən dərin çuxurlarında yaşayan dəniz heyvanlarının mədələrində və içməli sularda rast gəlinir.





Bir araşdırmanın nəticələrinə görə, okeanların üst qatlarında təxminən 24,4 trilyon mikroplastik var.





Amma mikroplastiklər təkcə suda deyil, torpaqda da geniş yayılıb və onlar hətta qida məhsullarına da qarışa bilir. Özümüz də fərqinə varmadan, demək olar, hər loxmada kiçik plastik parçaları uda ola bilərik.




Ətraf Mühit İşçi Qrupunun 2022-ci ildəki analizinə görə, ABŞ-da çirkab su lilləri 80 milyon hektardan çox əkin sahəsini "əbədi kimyəvi maddələrlə" çirkləndirib. Bunlar PFAS adlandırılan perloralkil və polifluoroalkillərindən ibarətdir və normal mühitdə parçalanmır.





Çirkab su çöküntüləri vasitəsilə yayılan mikroplastiklər








toprağa atıksu çamuru serpilmesi








Çirkab su çöküntüsü kirli suların təmizlənməsindən sonra qalan yan məhsuldur. Bu məhsuldan ABŞ və Avropada üzvi gübrə kimi istifadə olunur, çünki onun utiliasiyası baha başa gəlir, həm də qida maddələriylə zəngindir. Avropada hər il təqribən 8-10 milyon ton çirkab suları əldə olunur ki, bunun da təxminən 40 faizi kənd təsərrüfatı torpaqlarına axıdılır.





Cardiff Universitetinin tədqiqatçıları aşkar ediblər ki, bu təcrübə Avropa əkin sahələrini ən böyük mikroplastik anbarına çevirib. Bu o deməkdir ki, hər il 31-42 min ton plastik və ya 86-710 trilyon mikroplastik hissəcik Avropa əkin sahələrini çirkləndirir.





Mikroplastiklər ətraf mühitdə uzun müddət qalır. Almaniyanın Marburq şəhərindəki Philipps Universitetinin torpaqşünasları tərəfindən aparılan son araşdırmada çirkab su lillərinin axırıncı dəfə 34 il əvvəl atıldığı iki əkin sahəsində səthin 90 sm dərinliyinə qədər mikroplastiklər aşkar edilib. Torpağın şumlanması mikroplastiklərin lil tökülməyən ərazilərə də yayılmasına səbəb olub. Onların tərkibindəki zəhərli kimyəvi maddələr həm torpağa, həm də həm suya qarışa bilir.





Kanzas Universitetinin eksperti Mary Beth Kirkham tərəfindən 2020-ci ildə aparılan təcrübə mikroplastiklərin kadmium kimi zəhərli maddələrin daşıyıcısı olduğunu üzə çıxarıb. Bundan başqa, məlum olub ki, mikroplastiklər torpağın keyfiyyətininin qorunmasında mühüm rol oynayan soxulcanların böyüməsinə də mane olur və onları zəiflədir.





Qida məhsullarını çirkləndirir








soğan








Plastik hissəciklər qida məhsullarını da çirkləndirə bilir. 2020-ci ildə həyata keçirilən bir araşdırma zamanı supermarketlərdə satılan meyvə və tərəvəzlərdə, o cümlədən, İtaliyanın Siciliya bölgəsindəki Kataniya şəhərində yerli əhalinin satdığı məhsullarda, ən çox alma və yerkökünün tərkibində mikroplastiklər və nanoplastiklər tapılıb.





Hollandiyanın Leiden Universitetinin ekoloji toksikologiya və biomüxtəliflik üzrə mütəxəssisi professor Willie Peijnenburg-un araşdırmasına görə, nanoplastik hissəcikləri (1-100 nanometrin milyarda biri və ya insanın qan hüceyrəsindən 1000 dəfədən 100 dəfəyə qədər kiçik hissəciklər) su və torpaqdan bitkilər köklərindəki kiçik çatlar vasitəsilə qəbul edirlər.





Təhlillər göstərib ki, plastiklərin böyük hissəsi bitki köklərində, çox cüzi bir hissəsi isə tumurcuqlarda toplanır. Onların yarpaqlardakı sıxlığının "1 faizdən xeyli az" olduğunu bildirən Peijnenburg xəbərdarlıq edir ki, kahı və kələm kimi yarpaqlı tərəvəzlərdə konsentrasiyalar nisbətən aşağı; yerkökü, turp və şalgam kimi köklü tərəfəzlərdə isə daha yüksək olur.









mikroplastik








Sağlamlığa təsiri




Plastikin insan sağlamlığına təsiri hələ tam aydın olmasa da, bəzi araşdırmalar göstərir ki, onun tərkibindəki kimyəvi maddələr endokrin sistemini və hormonları zədələyə bilir.





Bu maddələr xərçəng, ürək xəstəliyi və embrionun zəif inkişafı da daxil olmaqla, bir sıra sağlamlıq problemlərinə səbəb olur. İngiltərədəki Hull Universitetinin tədqiqatçıları aşkar ediblər ki, mikroplastiklərin yüksək miqdarı hüceyrələri zədələyə, bu isə iltihablara və allergik reaksiyalara səbəb ola bilər.





Çirkab su çöküntüsündən istifadə qadağan edilməlidirmi?




1995-ci ildə Hollandiyada lildən gübrə kimi istifadə etmək qadağan olunub.





2003-cü ildə İsveçrə, 2022-ci ildə isə ABŞ-ın Men ştatı əkin sahələrində, məhsullarda və suda, o cümlədən, fermerlərin qanında yüksək miqdarda PFAS aşkar edildiyi üçün lildən istifadəni qadağan edib.





Amma Cardiff Universitetinin Hidro-Ətraf Mühit Araşdırmaları Mərkəzinin direktor müavini Catherine Wilson bunu ən yaxşı həll yolu hesab etmir, çünki lilin tərkibindəki üzvi tullantılar karbonun torpağa geri qayıtmasına kömək edir, onu fosfor və azot kimi qida maddələriylə zənginləşdirərək deqradasiyasının qarşısını alır.





Wilson lillərin tərkibindəki mikroplastiklərin səviyyəsini ölçməyi, çox olduğu hallarda onları enerji istehsal etmək üçün yandırmağı təklif edir.





Tədqiqatçılar xəbərdarlıq edirlər ki, İtaliya və Yunanıstan kimi bəzi Avropa ölkələrində çirkab su çöküntülərinin utilizasiya edilməsi mikroplastiklərin torpağı və suyu çirkləndirməsinə gətirib çıxara bilər.




Isabelle Gerretsen | BBC Future