Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mikayıl Mikayılov Qazaxıstanda iki tamaşa hazırlayacaq - FOTO

“Yuğ” teatrının baş rejissoru Mikayıl Mikayılov tamaşa hazırlamaq üçün Qazaxıstana dəvət olunub.

Teatrdan Pressklub.az-a verilən məlumata görə, rejissor Qazaxıstanın iki teatrında tamaşa hazırlayacaq.  O, Qazaxıstanın Karaqanda şəhərində K.Stanislavski adına Rus Dram Teatrında Avksenti Saqarelinin "Xanuma" pyesini səhnəyə qoyacaq. Tamaşanın premyerası aprel ayında olacaq.

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və elə bununla da macəraları başlayır.

Azərbaycanlı rejissorun növbəti quruluşu Astanada yerləşən K.Kuanışbayev adına Qazaxıstan Dövlət Akademik Musiqili Dram Teatrında baş tutacaq. Mikayıl Mikayılov bu teatrda F.Zellerin “Ata” pyesi əsasında tamaşa hazırlayacaq. Tamaşanın premyerası iyun ayına nəzərdə tutulub.