"Meymun çiçəyi" sürətlə artır... - RƏSMİ AÇIQLAMA
21 May 2022
Dünyada 80 nəfərdə "Meymun çiçəyi" xəstəliyinə yoluxma faktı qeydə alınıb.
Bu barədə statistikanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Twitter" hesabında məlumat yayıb.
Bu günədək infeksiya 11 ölkədə aşkar edilib. ÜST və tərəfdaşları yayılma dərəcəsi, yoluxmanın ortaya çıxması səbəblərini öyrənmək üçün işlər aparır.
Məlumatda bu günədək 80 yoluxma qeydə alındığı, daha 50 fakt araşdırıldığı bildirilir.