Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məsud Pezeşkian: Biz müdafiə olunacağıq

Biz hesab edirik ki, müharibə və münaqişə heç bir tərəfin maraqlarına cavab vermir və biz qarşılıqlı fəaliyyət, diplomatiya yoluna üstünlük veririk, lakin özümüzü müdafiə etməkdə tərəddüd etmirik.

Bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığında deyib.

"İran İnternational"da yayılan məlumatda qeyd olunub ki, Pezeşkian ABŞ-nin danışıqlar təklifinə də münasibət bildirib:

"Əgər Amerika həqiqi diplomatiyaya can atırsa, təxribatçı hərəkətləri dayandırmalıdır".

Qeyd edək ki, Pezeşkian və Şahbaz Şərif telefon danışığında Yaxın Şərqdə vəziyyətin inkişafını da müzakirə edib və diplomatik dialoqu davam etdirmək niyyətini bildiriblər.