Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi qayıdır - "Barsa" qarşısında iki şərt

Fransanın PSJ klubundan ayrılmağa hazırlaşan Lionel Messi sabiq komandası olan İspaniya “Barselona”sına qayıtmaq üçün şərtlərini bildirib.

AS nəşri xəbər verir ki, 36 yaşlı ulduz futbolçu Kataloniya klubuna iki tələb göndərib.

Argentina millisinin lideri ilk növbədə La Liqa tərəfindən təsdiqlənmiş müqavilə zəmanəti istəyib. Klub bunu qarşılaşmaq üçün maaş fondunu 205 milyon avro azaltmalıdır.

Messinin digər arzusu isə 10 nömrəli formanın yenidən ona verilməsidir. Hazırda bu nömrə klubla müqaviləsi 2027-ci ilə qədər olan Ansu Fatihə məxsusdur. Ancaq gənc forvard forma nömrəsini dəyişmək fikrindən uzaqdır. “Barselona”nın prezidenti Joan Laporta sabiq kapitanın qayıtması üçün hətta son vaxtlar əsas heyətə düşə bilməyən Fatini satmağa da hazırdır.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Tərəflər yeni sözləşmənin bağlanmamasını qərara alıblar.