Logo
news content
User
Kateqoriyalar

Xəbər

Messi PSJ-dən də, Avropadan da gedir...

Adı gah ərəb klubuna keçid, gah "Barselona"ya qayıdış, gah da PSJ ilə yeni müqavilədə hallanan Lione Messi barədə yeni xəbər yayılıb. İddia olunur, ki, Argentina millisinin hücumçusu tamamilə gözlənilməz qərar qəbul edib.

Pressklub.az “L'Equipe” nəşrinə istinadla xəbər verir ki, Messi PSJ-də qalmaq fikrindən daşınıb. O, ümumiyyətlə Avropa ilə vidalaşmaq istəyir. Amma yolu əzəli rəqibi Kriştianu Ronaldu kimi Ərəbistan yarımadasına deyil.

Mənbənin sözlərinə görə, Messi Fransa klubu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. Argentinalı futbolçu karyerasını “İnter Mayami”də davam etdirə bilər.

Qeyd olunur ki, ulduz forvardın ailəsi artıq ABŞ-yə köçməyə hazırlaşır. Mətbuatda yazılanlara görə, Messinin orada evi var.

Qeyd edək ki, Messi 2021-ci ilin yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.