Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məşhəddə dəhşətə gətirən elan: “Ailəm və uşaqlarıma görə ürəyimi satıram...” - FOTO

İranın Məşhəd şəhərində küçələrdə insan orqanı satışı ilə bağlı ürəkdağlayan elanlara rast gəlinir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İnsanı dəhşətə gətirən belə elanlarda gənc insanlar ailələrinin dolanışığını təmin etmək üçün orqanlarını satmağa hazır olduqlarını bildirirlər.

“Ailəm və uşaqlarım üçün, ev kirayəsindən qurtulmaq üçün ürək də daxil olmaqla bədən üzvlərimi və orqanlarımı satıram. Normal bir həyat üçün, bir öyün rahat yemək üçün! 33 yaş, qan qrupu: A+”, - deyə elanlardan birində qeyd edilir.