Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mərkəzi Bankın sədrinə müavinlər təyin edilib - FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın sədrinə müavinlər təyin edib.

Sərəncamla Mərkəzi Bankın İdarə Heyətinin üzvü Rəşad Temraz oğlu Orucov Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.



Qeyd edək ki, Rəşad Orucov 1978-ci ildə Bakıda anadan olub.

2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib. Bu ilin may ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heytənin üzvü seçilib.

2019-cu ilin sentyabrında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Digər bir sərəncamla Mərkəzi Bankın İdarə Heyətinin üzvü Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bank sədrinin müavini təyin edilib.



Qeyd edək ki, Q.Məmmədyarov 1977-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Mərkəzi Bankda işləyir. 2012-ci ilin fevralında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru, 2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2017-ci ilin sentyabrından 2019-cu ilin aprelinədək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.