Mənim polisim, məni qoruyur? - Bakıda yol polisinin təhlükəli oyunu - VİDEO
09 May 2022
Bakı şəhərində yol polisi əməkdaşı xidməti avtomobillə qaydaları kobud şəkildə pozub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli yol polisinin xidməti avtomobillə təhlükəli manevrlər etməsi iddia olunan görüntülərə aydınlıq gətirilib.
O, modern.az-a bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
A.Əsgərli görüntülərin köhnə olması ilə yanaşı, “təhlükəli manevrlər”lə bağlı iddiaların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:
“Qeyd edim ki, operativ nəqliyat vasitələrinin hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 74-cü maddəsilə tənzimlənir. Digər tərəfdən, bu görüntülər köhnə görüntülərdir və reytinq xatirinə ortaya atılıb. Ən əsası isə polis avtomobilin sayrışan işıqlarını yandıraraq hərəkət edir. Bu Nizami rayonu Dövlət Polisi Şöbəsinə məxsus maşındır və qanunun icazə verdiyi şəkildə hərəkət edir. Bu görüntülərdə polis tərəfindən heç bir qanunsuz hərəkət yoxdur”.
DYP rəsmisi polisin adından istifadə edərək, reytinq xatirinə bu kimi yazıların yazılmasına qarşı çıxıb.