Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Mənə dedi ki, siz ciddisiniz?” - Tramp Putinə hədəsindən danışdı

“Mən hələ də hakimiyyətdə olsaydım, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının qarşısını ala bilərdim”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Piers Morqana verdiyi müsahibədə bildirib.

“The Independent” nəşrinin məlumatına görə, Tramp əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putinə dövlət başçısı olduğu müddətdə xəbərdarlıq edib ki, Ukraynada vəziyyət gərginləşərsə, Moskva ciddi nəticələrlə üzləşəcək:

“Mən Putinə cavabımızın necə olacağını dedim. O, mənə dedi ki, siz ciddisiniz? Dedim bəli, “ciddiyəm”. Mən onu indiyə qədər heç vaxt heç kimin etmədiyi şəkildə hədələdim”.

Qeyd edək ki, bundan əvvəl Tramp Rusiya və Ukraynanı münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. O, həmçinin Ukraynadakı mövcud vəziyyəti soyqırımı adlandırıb.