Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Pressklub.az xəbər verir ki, aktrisanın səhhətində daha problem olmadığı, hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-də Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül bədən xəsarətləri alıb.