Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə qərar verdi: Trampa qarşı ittiham irəli sürüləcək

Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb.

Bu barədə CNN xəbər verir.

Qeyd edilir ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər.

İttihamnamənin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Prokurorların o vaxta qədər Trampdan mühakimə olunmasını xahiş edəcəyi gözlənilir. Donald Trampın özü isə hələ vəziyyəti şərh etməyib.

Nyu-York məhkəməsinin hakimlər heyətinin Donald Trampa qarşı ittihamı yaxın günlərdə açıqlanacaq.

Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair "sükut" üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.