Məhkəmə Gültəkin Hacıbəyliyə bəraət verib
01 Fevral 2023
Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində bəraət hökmü çıxarıb.
Pressklub.az-ın verdiyi məlumata görə, vəkil Aqil Lahıc bildirib ki, məhkəmə istintaqı zamanı Hacıbəylinin 147.2-ci maddə (ağır cinayətdə ittiham etməklə böhtan) ilə təqsiri sübuta yetirilməyib.
Ona qarşı sosial şəbəkə istifadəçisi "Leyla Arif" xüsusi ittiham qaydasında ittiham irəli sürmüşdü. O, Hacıbəylinin "talış" və "separatçı" anlayışlarını eyniləşdirdiyini iddia edirdi.
Hacıbəyli yalnız 1993-cü ildə Azərbaycanın cənubunda Talış-Muğan Respublikasını elan edən, buna görə ömürlük həbsə məhkum olunan Əlikram Hümmətovun fəaliyyətinə bərat qazandırılması ilə razı olmadığını bildirmişdi.