Məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini iki ay uzadıb
23 Fevral 2023
Fevralın 23-də Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddətini iki ay – aprelin 28-nə qədər uzadıb. Qərarı hakim Rəfael Sadıqov istintaqın təqdimatı əsasında qəbul edib.
Vəkil Şəhla Hümbətova istintaqın dəlillərini əsassız adlandırıb və etirazını bildirib.
Bir müddət əvvəl müstəntiq Bəxtiyar Hacıyevə baş çəkib və fəal və təhqirə görə onu məhkəməyə verən qadın arasında telefon danışığının ekspertizasını keçirmək zərurəti olduğunu qeyd edib.
Vəkil Şəhla Hümbətova Bəxtiyar Hacıyevin aclıq aksiyasını davam etdirdiyini və vəziyyətinin kritik olduğunu deyib. O, bu barədə "Turan"a bildirib:
"O, 46 gündür aclıq edir, daha da arıqlayıb, çəkisi 64 kq-dır, yəni 20 kq arıqlayıb. Təzyiqi 90/60-dır. Ötən gecə huşunu itirib. Həkim ona dimedrol iynəsi vurub. Çox pis görünür, tez-tez huşunu itirir və baş ağrılarından şikayət edir".