Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəmə AXCP sədrini ev dustaqlığına buraxmayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ev dustaqlığına buraxılmayıb.

Mayın 13-də Səbail rayon Məhkəməsi bu barədə verilən vəsatətə baxaraq onu təmin etməyib.

Müdafiə tərəfi Ə.Kərimlinin atasının vəfatı ilə əlaqədar ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət vermişdi.

Partiya təmsilçiləri hesab edir ki, Ə.Kərimlinin mayın 9-da vəfat edən atası Əmirhüseyn Kərimovun yas mərasiminə müvəqqəti olaraq da buraxılmaması ona qarşı xüsusi münasibətin nəticəsidir.

Partiya təmsilçilərinin açıqlamasına əsasən, Ə.Kərimli özü də bildirib ki, atasının ölümündən yalnız mayın 12-də – üç gün sonra xəbər tutub.

Bu açıqlamalarla bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.