Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məcburi “Covid-19” peyvəndləməsi bundestaqda səsə qoyulacaq

Almaniyada “Covid-19” peyvəndləməsi ilə bağlı səsvermə gözlənilir

Aprelin 7-də Almaniya bundestaqında əhalinin “Covid-19” əleyhinə məcburi ümumxalq peyvəndlənməsi barədə qanun layihəsinin bir neçə oxunuş üzrə səsverməsi gözlənilir.

Qanun layihəsinin variantlarının birində 18 yaşdan və 50 yaşdan yuxarı şəxslərin məcburi peyvəndlənməsi barədə müddəa yer alır. Azad Demokratik Partiya fraksiyasının partiya sədrinin müavini Volfqanq Kubiki başda olmaqla məcburi peyvəndlənmədən imtina barədə müraciəti üzrə də səsvermə təşkil ediləcək.

Koronavirus əleyhinə məcburi peyvəndlənmə barədə qanunun qəbul edilməsi üzrə planların həqiqətən baş tutmayacağı istisna olunmur. Çünki xəstəxanalarda həddindən artıq yüklənmə yoxdur, Almaniyada əhalinin “Covid-19” əleyhinə peyvəndlənmə səviyyəsi kifayət qədər yüksəkdir, yəni 76 faizdir.

Digər tərəfdən, Almaniyada hazırda geniş yayılan “Omicron” ştamı ümumilikdə yalnız istisna hallarda ağırlaşma ilə nəticələnir.