
Mbappe ilk dəfə "Qızıl buts" qazanıb
26 May 2025
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) daxil olan ölkə çempionatlarının ən yaxşı bombardirinə verilən "Qızıl buts" mükafatının qalibi olub.
Mbappenin İspaniya çempionatında 31 qolu var (62 xal). Fransızı keçə biləcək sonuncu şəxs "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah olub ki, İngiltərə çempionatının son turunda "Kristal Pelas"la qarşılaşmada o, 4 qol vurmalı idi. Lakin futbolçu cəmi bir dəfə rəqib qapısına zərbə endirə bilib və turniri 29 qolla (58 xal) başa vurub.
Salah ilk üçlükdə sonuncu olub. "Qızıl buts"a iddialılar siyahısında ikinci yeri isə Portuqaliya çempionatında 39 qol vuran "Sportinq"in isveçli hücumçusu Viktor Qyokyeres tutub. Bununla belə, bu turnirdə vurulan hər qola görə 1,5 xal, İngiltərə və İspaniyada isə 2 xal verilir.
Qeyd edək ki, Mbappenin 26 yaşı var və o, ilk dəfə "Qızıl buts"u qazanıb.